AZ

Messi Olimpiadaya gedəcək?

“İnter Mayami”nin 36 yaşlı hücumçusu Lionel Messi Argentina millisinin heyətində Paris Yay Olimpiya oyunlarında iştirak edə bilər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Qaston Edul məlumat yayıb.

Mənbənin sözlərinə görə, Argentinanın gənclərdən ibarət yığmasının baş məşqçisi Xavyer Maskerano Messi ilə yanaşı, “Aston Villa”nın qapıçısı Emiliano Martines və “Benfika”nın müdafiəçisi Nikolas Otamendini də Olimpiadaya aparmaq istəyir.

Yayda MLS-də oyunlar olduğundan Messinin Olimpiadaya getməsi bir qədər çətin görünür. Lakin hələ ki, Leo Maskeranonun təklifindən imtina etməyib. Federasiya rəhbərliyi də ulduz futbolçunu olimpiya komandasının heyətinə daxil etmək üçün əllərindən gələni edəcək.

Seçilən
204
50
Mənbələr
Şərh ()
Bağla