AZ

Messi: Bu olmasaydı, milli komandadan gedərdim

"İnter Mayami"nin hücumçusu Lionel Messi maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, Qətərdə keçirilən dünya çempionatında qalib gələ bilməsəydilər, hansı addımı atacağını açıqlayıb:

“Dünya Kubokunu qazanmaq bizim, ailələrimiz və bütün ölkə üçün sehr idi. Bu hisslər həyatımızın sonuna qədər bizimlə qalacaq. Əgər titul qazanmasaydıq, yəqin ki, milli komandanı tərk edərdim, amma xoşbəxtlikdən bunu bacardıq və Argentinaya daha bir qələbə qazandırdıq”.

Qeyd edək ki, Messi DÇ-2022-də Argentina yığmasının kapitanı olub. Fransa ilə finalda (3:3, 4:2 penaltilər) hücumçu dubla imza atıb. Eyni zamanda, turnirin ən yaxşı oyunçusu seçilib.

Seçilən
89
50
Mənbələr
Şərh ()
Bağla