AZ

Messi hansı idman növlərini sevir?

“Big Time” podkastının qonağı olan “İnter Mayami”nin hücumçusu Lionel Messi futboldan başqa hansı idman növlərini bəyəndiyini deyib:

“Tennis, padel, basketbol və Amerika futbolu. Amerika futbolu haqda çoxlu yeni şey öyrənmişəm, indi bu oyundan daha yaxşı baş çıxarıram”.


36 yaşlı argentinalı 2023-dən bəri “İnter Mayami”nin formasını geyir, müqavilə müddəti 2025-in sonunda bitəcək. Ulduz forvard ABŞ klubunun formasında keçirdiyi 19 oyunda 16 qol vurub, 7 məhsuldar ötürmə verib.
Seçilən
232
50
Mənbələr
Şərh ()
Bağla