AZ

Messi Olimpiya oyunlarında çıxış edə bilər

“İnter Mayami”nin 36 yaşlı hücumçusu Lionel Messi Argentina millisinin heyətində Paris Yay Olimpiya oyunlarında iştirak edə bilər. Msport.az xəbər verir ki, bu barədə jurnalist Qaston Edul paylaşım edib.

Mənbənin sözlərinə görə, Argentinanın gənclərdən ibarət yığmasının baş məşqçisi Xavyer Maskerano Messi ilə yanaşı, “Aston Villa”nın qapıçısı Emiliano Martines və “Benfika”nın müdafiəçisi Nikolas Otamendini də Olimpiadaya aparmaq istəyir.

Qeyd edək ki, Olimpiya oyunlarında hər komandanın heyətində yaşı 23-ü keçən 3 futbolçu çıxış edə bilər.

Yayda MLS-də oyunlar olduğundan Messinin Olimpiadaya getməsi bir qədər çətin görünür. Lakin hələ ki Leo Maskeranonun təklifindən imtina etməyib. Məşqçilər korpusu ulduz futbolçunu heyətə daxil etmək üçün əllərindən gələni edəcəklər.

Əgər Messinin gedişi alınmasa, onu yığmada ya “İnter”in hücumçusu Lautaro Martines, ya da “Mançester Siti”nin forvardı Xulian Alvares əvəzləyəcək.

Seçilən
243
50
Mənbələr
Şərh ()
Bağla