AZ

Əgər dünya kubokunu qazanmasaydım... - Messi

Dünya kubokunu qazanmaq özümüz, ailələrimiz və bütün ölkə üçün bir möcüzə idi.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın “İnter Mayami” komandasının futbolçusu Lionel Messi bildirib.

“Əgər titul qazanmasaydıq, yəqin ki, mən milli komandanı tərk edərdim. Amma şadam ki, bunu bacardıq və Argentinaya daha bir qələbə qazandırdıq”, - Messi deyib.

Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisi finalda Fransanı məğlub edərək (3:3, penaltilər-4:2) çempion olub.

Seçilən
185
50
Mənbələr
Şərh ()
Bağla