AZ

Luis Enrike “Barselona” ilə oyun ərəfəsində təqvimdən şikayətləndi

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionar Liqasının 1/4 finalında “Barselona” ilə ilk oyun ərəfəsində təqvimdən narazılığını bildirib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis komandası ilə aprelin 10-da qarşılaşacaq “Barselona”nın təqvim fərqini qabardıb:

“Barselona” 10 gün istirahət edəcək. Bizi rəqabətli oyunlar gözləyir. Mənim vəziyyətimdə deyirəm ki, ən yaxşısı bu üç oyunu oynamaqdır. Əgər mənim 10 gün istirahətim olsaydı, belə şəraitə uyğunlaşardım”, deyə Luis Enrike bildirib.

Xatırladaq ki, “Barselona” ilə oyundan əvvəl Luis Enrikenin PSJ-si aprelin 3-də Fransa Kubokunda “Renn”lə qarşılaşıb. Daha sonra, aprelin 6-da Fransa Liqa 1-in 28-ci turunun oyununda PSJ-ni “Klermon”la oyun gözləyir.

Öz növbəsində, martın 30-da “Barselona” La Liqanın 30-cu turunda “Las Palmas”a qalib gəlib (1:0) və PSJ ilə oyundan əvvəl bir daha oyun keçirməyəcək.

Mütəxəssislər sıx təqvim və ağır oyunlar mənzərəsində bu məqamı “Barselona”nın üstünlüyü kimi qiymətləndirirlər.

Xatırladaq ki, komandalar arasında ilk oyun aprelin 10-da Parisdə, cavab oyunu isə aprelin 16-da Barselonada baş tutacaq.

Seçilən
88
7
Mənbələr
Şərh ()
Bağla