AZ

Luis Enrike “Barselona” ilə oyunlar haqda danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatmanın nəticəsinə münasibətini bildirib.

Arena.az xəbər verir ki, Fransa çempionunu növbəti mərhələdə ispan mütəxəssis üçün doğma olan “Barselona” ilə oyunlar gözləyir.

“RMC Sport” dərgisi Luis Enrikenin bu barədə fikirlərini təqdim edib:

“Mən çox xoşbəxtəm. Milad üçün evə gəlmək kimi hiss edilir. Biz İspaniyaya və Barselonaya gedirik, bu, şübhəsiz ki, mənim üçün xüsusi yerdir. PSJ və Barselona mənim çox şeylər yaşadığım iki komandadır. Bu, çox gözəl və çox ağrılıdır. Mən orada özümü çox yaxşı hiss edirdim.

Biz bilirdik ki, bu yarışda çox güclü, yüksək səviyyəli komanda ilə qarşılaşacağıq. Biz irəliləməyə layiq olduğumuzu meydanda göstərməliyik. Favoritlər turnir şəbəkəsinin digər yarısındadır, ona görə də qalibi təxmin etmək çətin olacaq. Çox maraqlıdır.

Bizim favorit olub-olmamağımız mənə maraqlı deyil. Mən öz etimadımı komandaya ötürdüm və düşünürəm ki, oyunçuların təcrübəsini nəzərə alaraq bu yarışda biz daha yaxşı olacağıq. İstəyirik ki, azarkeşlərimiz bizimlə fəxr etsinlər. Əgər kimsə bizə qalib gəlsə, biz onun qarşısında şlyapamızı çıxaracağıq. Sabah mən kimi desəniz, meydana çıxara bilərəm və onlar hazır olacaqlar. Bu, bizim ən yaxşı üstünlüyümüzdür.

Biz heç vaxt Çempionlar Liqasını qazanmamışıq və bu, bizim məqsədimiz olacaq. Bilmirəm, bizdən daha böyük iddiaları olan klub varmı.

Mən Xavinin məşqçilik işini bilmirəm, amma o mənimkini bilir. Mən istərdim ki, məni o, Qvardiola və ya Arteta çalışdırsın. Xavi kimi insanın səviyyəsi var, o, İspaniya çempionatını qazanıb. “Barselona” böyük klubdur və bu, bizim üçün çətin olacaq”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, komandalar arasında ilk oyun aprelin 10-da Parisdə, cavab oyunu isə aprelin 16-da Barselonada baş tutacaq.

Seçilən
103
7
Mənbələr
Şərh ()
Bağla