AZ

Luis Enrike “Barselona”ya qayıtmaq istəyir?

PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”ya mümkün qayıdışına münasibət bildirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunun çətin olduğunu düşünür.

Ancaq çalışdırıcı Kataloniya klubuna dönmək arzusunu gizlətməyib: “Barsa”ya qayıtmaq? Bir gün belə olmasını istərdim. “Barselona” mənim üçün çox şey deməkdi. Amma indi belə bir ssenari çox çətindi. PSJ ilə müqaviləmə hörmətlə yanaşıram. Çünki biz mühüm layihə hazırlayırıq və heç vaxt müqaviləni pozmayacağam”.

Qeyd edək ki, Luis Enrike 2014-2017-ci illərdə “Barselona”nı çalışdırıb. 53 yaşlı mütəxəssisin PSJ ilə sözləşməsi gələn ilin yayına qədərdi.

Seçilən
70
7
Mənbələr
Şərh ()
Bağla