AZ

AFFA-nın baş katibi “Qarabağ”a isti münasibət göstərdi: “İnanıram ki…“

“Qarabağ”nı erkən çempionluq münasibətilə təbrik edirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev “Qarabağ”ın Azərbaycan Premyer Liqasında 11-ci çempionluğu əldə etməsi barədə danışarkən deyib.

O, Ağdam təmsilçisinin bu cür uğurlarını növbəti mövsüm avrokuboklarda da davam etdirəcəyinə inandığını bildirib:

“Qurban Qurbanovun komandası bu çempionluqla növbəti mövsüm bizi qitənin bir nömrəli klub turniri olan Çempionlar Liqasında təmsil etmək hüququ qazandı.

İndidən onlara uğur arzulayıram. İnanıram ki, Ağdam təmsilçisi yenidən Azərbaycan xalqını tarixi qələbələrlə sevindirəcək”.

S.Hacıyev bu mövsüm Azərbaycan Premyer Liqasında avrokuboklar uğrunda gərgin mübarizə getdiyini söyləyib:

“Builki çempionat göstərdi ki, liqamızın səviyyəsi yüksəlir”.

“Qarabağ” ötən gün Azərbaycan Premyer Liqasının XXVIII turunda “Kəpəz”ə 6:1 hesabı ilə qalib gələrək sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib. Hazırda “köhlən atlar”ın aktivində 69 xal var.

Seçilən
141
50
Mənbələr
Şərh ()
Bağla