AZ

“Hesab edirəm ki, gələn il belə fərqlə çempion ola bilməyəcəklər” – “Qarabağ” haqda niyə belə dedi?

“Qarabağ” sona 8 tur qalmış çempionluğu rəsmiləşdirərək, 11-ci dəfə ölkənin ən güclüsü oldu.

Görəsən, Ağdam təmsilçisinin belə erkən çempionluğu ölkə futboluna nə vəd edir? “Köhlən atlar” növbəti mövsümdə də belə uğur təkrarlaya biləcəkmi? Bu, qalan klubların səviyyəsinin çox aşağı olmasına görədi, yoxsa “Qarabağ”ın səviyyəsi bizim premyer-liqaya görə çox yüksəkdi?

Bu suallarla təcrübəli mütəxəssis Əfqan Talıbova müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:

“Klub rəhbərliyinin dəyişməz qalması bu uğurun əsas sirridi. Həm məşqçilər heyəti bir xətlə irəlləyir, həm də üç heyətə malikdi. Legionerləri yüksək keyfiyyəti ilə fərqlənir. Yerli oyunçuları millinin aparıcı üzvləridi, Avropa təcrübələri yüksəkdi. Hesab edirəm ki, gələn il belə fərqlə çempion ola bilməyəcəklər. 2-3 komanda gələn il rəqabətə başlayacaq. Bütün klublarımıza uğurlar. Yerdə qalan klublar aşağı-yuxarı eyni səviyyədədi. Necə ki dünən “Qəbələ” - “Neftçi” (0:1) görüşü bunu sübut etdi”.

KAMAL SƏFƏR
Seçilən
166
50
Mənbələr
Şərh ()
Bağla