AZ

“Atalar üçdən deyib” məsəli Koşitse üçün də keçərlidi?

Azərbaycan və Slovakiya yığmaları indiyə qədər AÇ və DÇ-lərin, eləcə də Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində dəfələrlə üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk qarşılaşma 1995-ci il martın 29-da məhz Koşitsedə keçirilib və meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib. 1998-ci il sentyabrın 5-də Koşitsedə keçirilən oyunda 3:0, 2001-ci il martın 28-də Trnavada keçirilən oyunda 3:1 hesabı qeydə alınıb. Komandalar növbəti dəfə AÇ-2020-nin seçmə mərhələsində üz-üzə gəlib. Yenə Trnava, yenə məğlubiyyət – 0:2. Bu rəqiblə səfərdəki uğursuz oyunlar seriyasında ML-in 2022/23 mövsümündə son qoymuşuq. Onda yığmamız səfərdə - Trnavada bu rəqibə 2:1 hesabıyla qalib gəlib, evdə 0:1 uduzub.

Beləliklə, Azərbaycan Koşitsedə Slovakiya ilə iki dəfə qarşılaşıb və hər dəfə ən azı 3 qol buraxıb. Ümid edirik ki, “atalar üçdən deyib” məsəli Slovakiyanın şərqində yerləşən 230 min adamlıq bu şəhər üçün də keçərli olacaq.

ORXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
17
football-plus.az

10Mənbələr