AZ

“Neftçi” Avstriya klubuna 5 cavabsız qolla uduzdu - ÇL-də

“Neftçi”nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə ilk sınağına çıxıb.

Arena.az xəbər verir ki, turnirin 1-ci mərhələsində Avstriyanın “Sankt-Pölten” kollektivi ilə üz-üzə gələn Siyasət Əsgərovun komandası uğursuz çıxış edib.

Belə ki, Azərbaycan çempionu Gürcüstanın Tsxaltubo şəhərində keçirilən oyunda bu rəqibinə 0:5 hesabı ilə uduzub.

2-ci qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları da yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaqlar. Bu cüt də “Vlajniya” 3:0 hesablı qələbəyə sevinib. Bir sözlə, “Vlajniya” “Sankt-Pölten”ə, “Neftçi” isə “Lançxuti”yə rəqib olub. Bu qarşılaşmaların sentyabrın 7-də keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
17
arena.az

10Mənbələr