AZ

Erik ten Haq MY-də bütün dövrlərin antirekordunu vurdu

Premyer Liqanın 3-cü turunda evdə “Liverpul”a məğlubiyyət “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq üçün xoşagəlməz olub.

Arena.az məlumat verir ki, Mançester nəhəngi bu oyunda 0:3 hesablı darmadağına üzülüblər.

Bu məğlubiyyət nəticəsində niderlandlı mütəxəssis indiyə qədər “qırmızı şeytanlar”ı çalışdırmış bütün məşqçilər arasında mütləq antirekord müəyyənləşdirib.

Bu, “Mançester Yunayted”in İngiltərə Premyer Liqasının ilk üç turunda ikinci məğlubiyyətidir. “Mançester Yunayted” 2022/2023-cü illər mövsümündə də Erik ten Haqın rəhbərliyi altında çempionatın üç başlanğıc turundan ikisini uduzmuşdu. O vaxt “qırmızı şeytanlar” “Brayton” və “Brentford”a məğlub olmuşdular.

Beləliklə, Erik ten Haq Premyer Liqanın üç açılış turundan ikisində iki dəfə məğlub olmaqla, tarixdə müvafiq uğursuzluğa imza atmış ilk “Mançester Yunayted” baş məşqçisi olub.

Cari mövsümdə “Mançester Yunayted” 2-ci turda “Brayton”a uduzub (1:2). 1-ci turda “qırmızı şeytanlar” “Fulhem”i 1:0 hesabı ilə məğlub edə biliblər.

3 turdan sonra “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 3 xalla 14-cü pillədə qərarlaşıb. Premyer Liqanın liderləri 9 xal toplamış “Mançester Siti” və “Liverpul”dur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
17
arena.az

10Mənbələr