AZ

"Qarabağ"ın müdafiəçisi ehtiyatda qaldı, komandası uduzdu

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviçin dəvət aldığı Monteneqro millisi UEFA Millətlər Liqasının ilk turunda səfərdə İslandiya ilə qarşılaşıb.

"Operativ Media" xəbər verir ki, matç İslandiya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Veşoviç sona kimi meydana çıxmayıb. Millimizin keçmiş baş məşqçisi, hazırda Monteneqro yığmasını çalışdıran Robert Prosineçki “Qarabağ”ın müdafiəçisinə bu matçda şans verməyib.

Qeyd edək ki, Monteneqro millisi turnirdəki ikinci matçını sentyabrın 9-da öz meydanında Uelsə qarşı keçirəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
32
operativmedia.az

10Mənbələr