AZ

Kilian Mappe İspaniya La Liqasında qol ayağını açdı

İspaniya La Liqasının 4-cü turunda “Betis”lə ev oyunu (2:0) “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, fransalı futbolçu nəhayət ki La Liqada qol hesabını açıb.

Mbappe 67-ci dəqiqədə “qaymaqlılar”ın uruqvaylı yarımmüdafiəçisi Federiko Valverdenin ötürməsini dəqiq zərbə ilə tamamlayıb. 75-ci dəqiqədə isə “Real”ın braziliyalı ulduzu Vinisius Junior penalti vurmaq hüququnu fransalı ulduza güzəştə gedib və Mbappe dublunu rəsmiləşdirib.

Oyundan sonra Mbappe bu barədə duyğularını paylaşıb:

“İnanılmaz bir məqam, sadəcə bir yuxu. Dünyanın ən böyük klubu üçün dünyanın ən yaxşı stadionunda qol vurdum. Azarkeşlər qol vurmayanda da məni dəstəklədilər, buna görə onlara çox minnətdaram. “Real” üçün daha çox qol vurmağı qeyd etmək istəyirəm”, – “Marca” nəşri fransalı ulduzdan sitat gətirir.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 3 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
32
arena.az

10Mənbələr