AZ

Luis Enrike Kilian Mbappe haqda sualı cavablamaqdan imtina etdi

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın sabiq hücumçusu Kilian Mbappe ilə bağlı jurnalistlərin suallarını cavablamaqdan imtina edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis fransalı ulduz hücumçu haqda suala belə cavab verib:

“Mən sizə deyə bilərdim ki: “Siz fransızlar çox darıxdırıcısınız”. Mbappe PSJ formasını daşıyan futbolçu deyil. Mən yalnız PSJ-də oynayan oyunçular haqqında danışıram”, deyə Luis Enrike amiranə bir tərzdə vurğulayıb.

Xatırladaq ki, Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş futbolçu, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

6 il Fransa nəhənginin uğurları üçün çalışmış Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə. Mbappe vurduğu 256 qolla PSJ tarixinin ən sərrast futbolçusudur.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub.

Kilian Mbappe bu yay Fransa nəhəngini azad agent qismində tərk edərək İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. 25 yaşlı forvard Madrid təmsilçisi ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb. Yeni komandasında artıq 2 oyun keçirmiş fransalı futbolçu 1 qola da imza atıb, həmçinin ilk titulunu qazanıb – İspaniya Super Kuboku!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
32
arena.az

10Mənbələr