AZ

Müasir futbol tarixinin 15 ən böyük transfer uğursuzluğu

Məşhur “Goal” dərgisi bütün liqaları ehtiva edən, müasir futbol tarixinin 15 ən böyük transfer uğursuzluğunu dərc edib.

Arena.az məlumat verir ki, siyahının zirvəsində Usman Dembelenin 2017-ci ildə Dortmund “Borussiya”sından “Barselona”ya keçidi yer alıb.

2-ci pilədə Eden Hazardın 2019-cu ildə “Çelsi”dən “Real”a keçidi, 3-cü pillədə isə Filipe Koutinyonun 2018-ci ildə “Liverpul”dan “Barselona”ya keçidi sıralanıb.

“Goal” dərgisinə görə müasir futbol tarixinin 15 ən böyük transfer uğursuzluğunu təqdim edirik:

  1. Usman Dembele (Fransa) – Dortmund “Borussiya”sından “Barselona”ya, 2017-ci il, 135 milyon avro;
  2. Eden Hazard (Belçika) – “Çelsi”dən “Real”a, 2019-cu il, 120,8 milyon avro;
  3. Filipe Koutinyo (Braziliya) – “Liverpul”dan “Barselona”ya, 2018-ci il, 135 milyon avro;
  4. Pol Poqba (Fransa) – “Yuventus”dan “Mançester Yunayted”ə, 2016-cı il, 105 milyon avro;
  5. Romelu Lukaku (Belçika) – “İnter”dən “Çelsi”yə, 2021-ci il, 113 milyon avro;
  6. Joao Feliks (Portuqaliya) – “Benfika”dan Madrid “Atletiko”suna, 2019-cu il, 127 milyon avro;
  7. Nikolya Pepe (Kot-d’İvuar) – “Lill”dən “Arsenal”a, 2019-cu il, 80 milyon avro;
  8. Harri Maquayr (İngiltərə) – “Lester”dən “Mançester Yunayted”ə, 2019-cu il, 87 milyon avro;
  9. Antuan Qrizmann (Fransa) – Madrid “Atletiko”sundan “Barselona”, 2019-cu il, 120 milyon avro;
  10. Alvaro Morata (İspaniya) – “Real”dan “Çelsi”yə, 2017-ci il, 66 milyon avro;
  11. Romelu Lukaku (Belçika) – “Everton”dan “Mançester Yunayted”ə, 2017-ci il, 84,7 milyon avro;
  12. Kepa Arrisabalaqa (İspaniya) – Bilbao “Atletik”indən “Çelsi”yə, 2018-ci il, 80 milyon avro;
  13. Neymar (Braziliya) – “Barselona”dan PSJ-yə, 2017-ci il, 222 milyon avro;
  14. Zlatan İbrahimoviç (İsveç) – “İnter”dən “Barselona”ya, 2009-cu il, 69,5 milyon avro;
  15. Xames Rodriges (Kolumbiya) – “Monako”dan “Real”a, 2014-cü il, 75 milyon avro.

Vurğulayaq ki, müvafiq siyahı üzrə “Barselona” ən çox uğursuz transfer etmiş klub olaraq diqqət çəkir. Kataloniya nəhəngi 4 uğursuz keçidə qol qoyub. “Mançester Yunayted” və “Çelsi”nin 3 uğursuz keçidi var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
10
arena.az

10Mənbələr