AZ

Futbol tarixinin 15 ən böyük UĞURSUZ TRANSFERİ - SİYAHI

Dünyaca məşhur "Goal.com" nəşri futbol tarixindəki ən uğursuz 15 transferin siyahısını hazırlayıb.

Siyahıda birinci yerdə 2017-ci ildə "Borussiya"dan "Barselona"ya keçən Usman Dembelenin transferi qərarlaşıb.

İkinci yerdə belçikalı cinah hücumçusu Eden Hazardın 2019-cu ildə "Çelsi"dən Madrid "Real"ına keçidi yer alıb.

Üçüncü pillədə isə braziliyalı hücumameyilli yarımmüdafiəçi Filipe Koutinyonun 2018-ci ildə "Liverpul"dan "Barselona"ya keçidi göstərilib.

Goal.com nəşrinin versiyasına görə ən uğursuz transferlərin tam siyahısı:

  1. Usman Dembele (Fransa) — "Borussiya"dan "Barselona"ya, 2017-ci il, 135 milyon avro
  2. Eden Hazard (Belçika) — "Çelsi"dən Madrid "Real"ına, 2019-cu il, 120,8 milyon avro
  3. Filipe Koutinyo (Braziliya) — "Liverpul"dan "Barselona"ya, 2018-ci il, 135 milyon avro
  4. Pol Poqba (Fransa) — "Yuventus"dan "Mançester Yunayted"ə, 2016-cı il, 105 milyon avro
  5. Romelu Lukaku (Belçika) — "İnter"dən "Çelsi"yə, 2021-ci il, 113 milyon avro
  6. Jao Feliks (Portuqaliya) — "Benfika"dan Madrid "Atletiko"suna, 2019-cu il, 127 milyon avro
  7. Nikolas Pepe (Fil Dişi Sahili) — "Lill"dən "Arsenal"a, 2019-cu il, 80 milyon avro
  8. Harri Maqvayr (İngiltərə) — "Lester Siti"dən "Mançester Yunayted"ə, 2019-cu il, 87 milyon avro
  9. Antuan Qrizmann (Fransa) — Madrid "Atletiko"sundan "Barselona"ya, 2019-cu il, 120 milyon avro
  10. Alvaro Morata (İspaniya) — Madrid "Real"ından "Çelsi"yə, 2017-ci il, 66 milyon avro
  11. Romelu Lukaku (Belçika) — "Everton"dan "Mançester Yunayted"ə, 2017-ci il, 84,7 milyon avro
  12. Kepa Arrisabalaga (İspaniya) — "Atletik"dən "Çelsi"yə, 2018-ci il, 80 milyon avro
  13. Neymar (Braziliya) — "Barselona"dan "PSJ"yə, 2017-ci il, 222 milyon avro
  14. Zlatan İbrahimoviç (İsveç) — "İnter"dən "Barselona"ya, 2009-cu il, 69,5 milyon avro
  15. Xames Rodriqes (Kolumbiya) — "Monako"dan Madrid "Real"ına, 2014-cü il, 75 milyon avro

Ən çox uğursuz transferi edən klublar isə bunlardır: "Barselona" (4), "Mançester Yunayted" (3) və "Çelsi" (3).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
10
baku.ws

10Mənbələr