AZ

Futbol tarixinin ən uğursuz 10 transferi – SİYAHI

“Goal.com” portalı futbol tarixindəki ən uğursuz transferlərin siyahısını tərtib edib.



Komanda.az xəbər verir ki, portal fransalı vinger Osman Dembelenin 2017-ci ildə Dortmund “Borussiya”sından “Barselona”ya 135 milyon avro qarşılığında baş tutan transferini ən uğursuz keçid kimi qiymətləndiriblər.



Dembele “Barselona”nın heyətində ümumilikdə 185 oyun keçirib, 40 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb. 27 yaşlı futbolçu ötən yay “Barselona”dan PSJ-yə keçib.



İlk 3-lüyə La Liqa ilə bağlı daha iki transfer daxil edilib. Eden Hazardın “Çelsi”dən “Real”a keçidi (2019-cu il, 120 milyon avro) ikinci uğursuz transfer kimi qiymətləndirilib.



2018-ci ildə 135 milyon avro qarşılığında İngiltərə təmsilçisi “Liverpul”dan “Barselona”ya gedən Filip Koutinyonun keçidi isə ən uğursuz üçüncü transfer olub:



Osman Dembele (Fransa) – “Borusiyya”dan “Barselona”ya, 135 milyon avro (2017-ci il)



Eden Hazard (Belçika) – “Çelsi”dən “Real”a, 120 (2019)



Filip Koutinyo (Braziliya) – “Liverpul”dan “Barselona”ya, 135 (2018)



Pol Poqba (Fransa) – “Yuventus”dan “Mançester Yunayted”ə, 105 (2016)



Romelu Lukaku (Belçika) – “İnter”dən “Çelsi”yə, 113 (2021)



Joao Feliks (Portuqaliya) – “Benfika”dan “Atletiko”ya, 127 (2019)



Nikolas Pepe (Fil Dişi Sahili) – “Lill”dən “Arsenal”a, 80 (2019)



Harri Maquayr (İngiltərə) – “Lester”dən “Mançester Yunayted”ə, 87 (2019)



Antuan Qrizmann (Fransa) – “Atletiko”dan “Barselona”ya, 120 (2019)



Alvaro Morata (İspaniya) – “Real”dan “Çelsi”yə, 66 (2017).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbarselona Dembele real

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
10
komanda.az

10Mənbələr