Məşhur “Goal” dərgisi bütün liqaları ehtiva edən, müasir futbol tarixinin 15 ən böyük transfer uğursuzluğunu dərc edib.
Arena.az məlumat verir ki, siyahının zirvəsində Usman Dembelenin 2017-ci ildə Dortmund “Borussiya”sından “Barselona”ya keçidi yer alıb.
2-ci pilədə Eden Hazardın 2019-cu ildə “Çelsi”dən “Real”a keçidi, 3-cü pillədə isə Filipe Koutinyonun 2018-ci ildə “Liverpul”dan “Barselona”ya keçidi sıralanıb.
“Goal” dərgisinə görə müasir futbol tarixinin 15 ən böyük transfer uğursuzluğunu təqdim edirik:
- Usman Dembele (Fransa) – Dortmund “Borussiya”sından “Barselona”ya, 2017-ci il, 135 milyon avro;
- Eden Hazard (Belçika) – “Çelsi”dən “Real”a, 2019-cu il, 120,8 milyon avro;
- Filipe Koutinyo (Braziliya) – “Liverpul”dan “Barselona”ya, 2018-ci il, 135 milyon avro;
- Pol Poqba (Fransa) – “Yuventus”dan “Mançester Yunayted”ə, 2016-cı il, 105 milyon avro;
- Romelu Lukaku (Belçika) – “İnter”dən “Çelsi”yə, 2021-ci il, 113 milyon avro;
- Joao Feliks (Portuqaliya) – “Benfika”dan Madrid “Atletiko”suna, 2019-cu il, 127 milyon avro;
- Nikolya Pepe (Kot-d’İvuar) – “Lill”dən “Arsenal”a, 2019-cu il, 80 milyon avro;
- Harri Maquayr (İngiltərə) – “Lester”dən “Mançester Yunayted”ə, 2019-cu il, 87 milyon avro;
- Antuan Qrizmann (Fransa) – Madrid “Atletiko”sundan “Barselona”, 2019-cu il, 120 milyon avro;
- Alvaro Morata (İspaniya) – “Real”dan “Çelsi”yə, 2017-ci il, 66 milyon avro;
- Romelu Lukaku (Belçika) – “Everton”dan “Mançester Yunayted”ə, 2017-ci il, 84,7 milyon avro;
- Kepa Arrisabalaqa (İspaniya) – Bilbao “Atletik”indən “Çelsi”yə, 2018-ci il, 80 milyon avro;
- Neymar (Braziliya) – “Barselona”dan PSJ-yə, 2017-ci il, 222 milyon avro;
- Zlatan İbrahimoviç (İsveç) – “İnter”dən “Barselona”ya, 2009-cu il, 69,5 milyon avro;
- Xames Rodriges (Kolumbiya) – “Monako”dan “Real”a, 2014-cü il, 75 milyon avro.
Vurğulayaq ki, müvafiq siyahı üzrə “Barselona” ən çox uğursuz transfer etmiş klub olaraq diqqət çəkir. Kataloniya nəhəngi 4 uğursuz keçidə qol qoyub. “Mançester Yunayted” və “Çelsi”nin 3 uğursuz keçidi var.