AZ

Futbol tarixinin ən uğursuz15 transferi

Məşhur goal.com saytı bütün liqalar üzrə futbol tarixinin ən uğursuz 15 transferinin siyahısını hazırlayıb.

“İki sahil” xəbər verir ki, sıralamada birinci yeri 2017-ci ildə "Borussiya"dan "Barselona"ya keçən Usman Dembele tutub. İkinci yerdə belçikalı vinger Eden Hazardın "Çelsi"dən "Real"a transferidir (2019). Üçüncü pillədə isə 2018-ci ildə braziliyalı hücumameyilli yarımmüdafiəçi Filipe Koutinyonun "Liverpul"dan "Barselona"ya transferi qərarlaşıb.

Futbol tarixinin ən uğursuz 15 transferi:

1. Usman Dembele (Fransa) - "Borussiya"dan (Dortmun) "Barselona"ya (2017-ci il, 135 milyon avro)

2. Eden Hazard (Belçika) - "Çelsi"dən "Real"a (2019-cu il, 120,8 milyon avro)

3. Filipe Koutinyo (Braziliya) - "Liverpul"dan "Barselona"ya, (2018-ci il, 135 milyon avro)

4. Pol Poqba (Fransa) - "Yuventus"dan "Mançester Yunayted"ə (2016-cı il, 105 milyon avro)

5. Romelu Lukaku (Belçika) - "İnter"dən "Çelsi"yə (2021-ci il, 113 milyon avro)

6. Joao Feliks (Portuqaliya) - "Benfika"dan "Atletiko"ya (2019-cu il, 127 milyon avro)

7. Nikolas Pepe (Fildişi Sahili) - "Lill"dən "Arsenal"a (2019-cu il, 80 milyon avro)

8. Harry Maquayr (İngiltərə) - "Lester"dən "Mançester Yunayted"ə (2019-cu il, 87 milyon avro)

9. Antuan Qrizmann (Fransa) - "Atletiko"dan "Barselona"ya (2019-cu il, 120 milyon avro)

10. Alvaro Morata (İspaniya) - "Real"dan "Çelsi"yə (2017-ci il, 66 milyon avro)

11. Romelu Lukaku (Belçika) - "Everton"dan "Mançester Yunayted"ə (2017-ci il, 84,7 milyon avro)

12. Kepa Arrizabalaqa (İspaniya) - "Atletik"dən "Çelsi"yə (2018-ci il, 80 milyon avro)

13. Neymar (Braziliya) - "Barselona"dan PSJ-yə (2017-ci il, 222 milyon avro)

14. Zlatan İbrahimoviç (İsveç) - "İnter"dən "Barselona"ya (2009-cu il, 69,5 milyon avro)

15. Xames Rodriges (Kolumbiya) - "Monako"dan "Real"a (2014-cü il, 75 milyon avro)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
10
ikisahil.az

10Mənbələr