RU

“Golden Pay”in əməliyyat gəlirləri 6% azalıb

“QoldenPey” ASC (Hesab.az) 2023-cü ili 2,2 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə 2022-ci illə müqayisədə 2,3% çoxdur.

"APA-Economics" bu barədə şirkətin audit hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ötən il “Golden Pay”in cəmi gəlirləri 17% artaraq 13,1 milyon manata çatıb. Satışların maya dəyəri isə 19% artımla 8.94 milyon manata yüksəlib. Nəticədə şirkətin ümumi mənfəəti 4,15 milyon manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 0,9% çoxdur.

Bununla belə, şirkətin əməliyyat gəlirləri 6% və ya 162 min manat azalaraq 2,53 milyon manata enib. 2022-ci ildə bu rəqəm 2,69 milyon manat təşkil edib. Bu isə “Golden Pay”in inzibati xərclərini 16% və ya 224 min manat artırması ilə bağlı olub. Belə ki, ümumi və inzibati xərclər 2022-ci ildəki 1,39 milyon manatdan ötən il 1,61 mln. manata kimi artırılıb.

Şirkətin əldə etdiyi xalis mənfəət kapital balansındakı bölüşdürülməmiş mənfəətini 6.24 milyon manata yüksəlib. Nəticədə ASC-nin cəmi kapitalı 49% artaraq 6,81 milyon manata yüskəlib. Hesabat dövründə şirkətin cəmi aktivləri 31,8% artaraq 8,7 milyon manata, cəmi öhdəlikləri isə 5,3% azalaraq 1,9 milyon manata bərabər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
50
Источники
Комментарий ()
Закрывать