AZ

İspaniyada 850 min xəstə əməliyyat olunmaq üçün növbə gözləyir

İspaniya Səhiyyə Nazirliyi əməliyyat üçün 850 min xəstənin növbə siyahısında olduğunu bildirib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, İspaniyanın 17 muxtar administrasiyası arasında ən çox əməliyyat gözləmə müddəti olan bölgələr Ekstremadura (181 gün), Andalusiya (174) və Kantabriya (173 gün) olub.

 

Ölkədə cərrahiyyə növbələrinin ən sıx olduğu filiallar isə travmatologiya, oftalmologiya, ümumi və həzm cərrahiyyəsi kimi sıralanıb.

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla