AZ

Qəzzada ölənlərin sayı 32 min 975-ə çatdı

Qəzzada ölənlərin ümumi sayı 32 min 975-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Qəzzada 2 yaşından kiçik hər 3 uşaqdan birinin kəskin qida çatışmazlığından əziyyət çəkdiyini açıqlayıb.

İsrail ordusu bütün beynəlxalq çağırışlara baxmayaraq, 180 gündür Qəzza zolağına hücumlarını davam etdirir.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda İsrailin blokadası altındakı Qəzza zolağına təşkil edilən 5 hücumda 59 nəfərin öldüyü, 83 nəfərin yaralandığı bildirilib.

Açıqlamada, Qəzza zolağında oktyabrın 7-dən bu yana ölənlərin sayının 32 min 975-ə, yaralıların sayının isə 75 min 577-yə yüksəldiyi qeyd olunub.

BMT-nin baş katibi Antonio Quterreş aprelin 1-də İsrailin Qəzza zolağına hücumunda 7 beynəlxalq yardım təşkilatı işçisinin öldürülməsi ilə bağlı açıqlama verib.

Qəzzadakı hücumlarda ölən yardım təşkilatı işçilərinin sayının 175-i BMT personalı olmaqla 196-ya yüksəldiyini bildirən Quterreş, bunun "vicdansızlıq" olduğunu bildirib.



Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
50
bakupost.az

10Mənbələr