AZ

"Azsığorta" ötən il 13% kiçilib - əməliyyat gəlirləri azalıb

​"Azsığorta" 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” sığorta şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "Azsığorta" 1 milyon 581.7 min manat xalis mənfəət əldə edib. Şirkət 2022-ci ili 2 milyon manat xalis zərərlə bağlamışdı.

Hesabat dövründə, “Azsığorta”nın əsas əməliyyat gəlirləri 13% və ya 1 milyon 445.5 min manat azalaraq 9 milyon 754.6 min manata bərabər olub. 2022-ci ildə bu rəqəm 11 milyon 200 min manat təşkil edib. Bu dövrdə şirkət xalis sığorta ehtiyatları hesabından 4 milyon 585.7 min manat vəsaiti geri çəkib. Əvvəlki ildə bu ehtiyatları 909.5 min manat artırmışdı.

Sığorta şirkətinin investisiya gəlirləri 2 milyon 498.6 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 9.1% və ya 250.7 min manat azdır. Bu dövrdə, “Azsığorta”nın subroqasiya gəlirləri 2 dəfə azalaraq 165.8 min manata enib, sair gəlirləri isə 3 dəfə artaraq 3 milyon 336 min manata yüksəlib. Nəticədə, şirkətin cəmi gəlirləri 20 milyon 341.5 min manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 40% çoxdur.

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 13% azalaraq 9 milyon 795.3 min manata, sığorta ödənişləri 22.3% azalaraq 7 milyon 330 min manata, işlərin aparılması xərcləri isə 1.2% azalaraq 5 milyon 222.5 min manata enib. Şirkətin sair xərcləri isə 6 dəfə artaraq 3 milyon 406.8 min manata yüksəlib. Ümumilikdə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 7.7% artaraq 18 milyon 364.4 min manat təşkil edib.

2023-cü ildə “Azsığorta”nın maliyyə mənfəəti 1 milyon 977.1 min manata bərabər olub.

Ötən il sığorta şirkəti kiçilib. Belə ki, “Azsığorta”nın cəmi aktivləri 13.4% azalaraq 29 milyon 941.1 min manata, cəmi öhdəlikləri 32.7% azalaraq 12 milyon 802 min manata enib.

2024-cü il yanvar ayının 1-nə şirkətin cəmi kapitalı 10.2% artaraq 17 milyon 138.8 min manata yüksəlib.

Seçilən
120
50
Mənbələr
Şərh ()
Bağla