AZ

İspaniyada 850 min xəstə əməliyyat üçün növbə gözləyir

İspaniya Səhiyyə Nazirliyi əməliyyat üçün növbə çəkənlərin sayının əvvəlki ilə nisbətən 56 min nəfər artdığını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, səhiyyə sahəsində problemləri olan ölkələr arasında İspaniya liderlik edir.

Nazirlikdən verilən açıqlamada 850 min xəstənin əməliyyat üçün növbə gözlədiyi bildirilib.

Əməliyyat üçün növbə gözləyənlərin sayı əvvəlki illə müqayisədə 56 min artıb.

Son iki ildə gözləmə rekordlarının qırıldığı ölkədə əməliyyatlar üçün ortalama gözləmə müddəti 128 gündür.

İspaniyanın 17 muxtar administrasiyası arasında ən çox əməliyyat gözləmə müddəti olan bölgələr Ekstremadura, Andalusiya və Kantabriya olub.

Ölkədə cərrahiyyə növbələrinin ən sıx olduğu filiallar isə travmatologiya, oftalmologiya, ümumi və həzm cərrahiyyəsi kimi sıralanıb.
 
Nəzrin
Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla