EN

18 yaşdan yuxarı gənclərə Avropaya səfər üçün on minlərlə qatar bileti hədiyyə ediləcək

Avropa Birliyi Komissiyası “DiscoverEU” proqramı çərçivəsində 18 yaşdan yuxarı gənclərə on minlərlə qatar biletinin hədiyyə ediləcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Brüsseldən verilən mesajda gənclərə təklif ediləcək qatar bileti sayının 35 min 500 olduğu açıqlanıb.

“Deutsche Welle Turkish” xəbər verir ki, bu biletlərdən birini qazanmaq üçün gənclərin 1 iyul 2005-ci il – 30 iyun 2006-cı il tarixləri arasında doğulmuş olması və Avropa Birliyi ilə bağlı 5 sual və əlavə tamamlayıcı sualdan ibarət testdən keçməsi lazımdır.

Bilet qazanan gənclər 1 iyul 2024-cü il və 30 sentyabr 2025-ci il tarixləri arasında 30 gün ərzində Avropa daxilində səyahət edə biləcəklər. Müsabiqəyə İslandiya, Lixtenşteyn, Şimali Makedoniya, Norveç, Serbiya və Türkiyədən, eləcə də Avropa Birliyi ölkələrindən müraciətlər edilə bilər. Əlilliyi olan və ya səhhətində problem olan gənclər səyahət zamanı dəstək ala biləcəklər.

Müraciətlər üçün hər bir ölkəyə müəyyən kvota ayrılıb. Türkiyəyə ayrılan kvotaların sayı isə 1476 olub. Almaniya 6 min 104 nəfərlə ən yüksək kvotaya sahib olub. 4 min 946 nəfər Fransaya, 4 min 364 nəfər İtaliyaya və 3 min 476 nəfər İspaniyaya ayrılıb. Ən az kvotaya malik ölkələr 16 nəfərlə Şimali Makedoniya, 17 nəfərlə Lixtenşteyn və 18 nəfərlə Serbiyadır.

Qeyd edək ki, ötən il Türkiyədən olan gənclər proqrama böyük maraq göstərib və Türkiyəyə ayrılan kvota 1467 nəfər olsa da, Türkiyədən 21 mindən çox müraciət edilib.

Xatırladaq ki, “Aİ-ni kəşf et” təşəbbüsü 2018-ci ildə 18 yaşdan yuxarı Avropa İttifaqı vətəndaşlarına İnterrail bileti təklif etmək və bununla da Avropa qitəsini tanımaq imkanı yaratmaq məqsədi ilə başladılıb. Aİ Komissiyasının məlumatına görə, indiyədək 1 milyondan çox gənc 284 min bilet qazanmaq üçün müraciət edib.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
125
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14552
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11421
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9285
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3178
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2659
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2457
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2435
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2199
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1866
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1709
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1242
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
838
Azərbaycan nefti ucuzlaşdı
818
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
794
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
752
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
723
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
704
Mayın ilk gününün havası açıqlanıb
625