Avstraliyanın Keyns şəhərində helikopter dənizkənarı otelin damına çırpılıb.
Axar.az xəbər verir ki, Şimali Kvinslend şəhərində baş vermiş hadisədən sonra "DoubleTree by Hilton" otelinin yüzlərlə qonaq və işçisi təxliyə edilib.
Qəzada pilotun öldüyü bildirilib.