AZ

Helikopter otelin damına çırpıldı: Pilot ölüb

İcazəsiz uçan helikopter Avstraliyanın şimalındakı Keyns turizm şəhərində “Hilton” otelinin damına düşüb.

News24.az xəbər verir ki, helikopterin lüks otelin damına çırpılması pilotun ölümünə və yanğından sonra yüzlərlə qonağın təxliyyə edilməsinə səbəb olub.

Otelə təcili yardım qrupları da cəlb olunub.

Qeyd edək ki, polis helikopterin hava limanından “icazəsiz uçuş” etdiyini bildirsə də, təfərrüatları açıqlamayıb. 

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
13
news24.az

10Mənbələr