AZ

Avstraliyada helikopter otel binasına çırpılıb

Avstraliyanın Kvinslend ştatının Kerns şəhərində vertolyotun otel binası ilə toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Helikopter şəhərin mərkəzində yerləşən "DoubleTree Hotel by Hilton" otelinin damına çırpılıb. İki pərvanə təyyarədən düşərək yerə və binanın yaxınlığındakı hovuza düşüb.

Dərhal otelin təxliyyəsinə başlanılıb, ümumilikdə 400-ə yaxın insan təhlükə zonasından çıxarılıb. Hadisə nəticəsində pilot ölüb. Onun helikopterin kokpitində tək olduğu bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
4
aznews.az

10Mənbələr