Avstraliyanın Kvinslend şəhərində otelin damına düşən vertolyotun pilotu ölüb.

İndex.az xəbər verir ki, vertolyot ölkənin şimalındakı Kvinslend ştatında yerləşən Cairns şəhərində “Hilton” otellər şəbəkəsinə bağlı “Double Tree” otelinin damına çırpılıb.

Yerli vaxtla saat 00:50-də baş verən qəzadan sonra binanın damında yanğın baş verib və şəhərin mərkəzi küçəsində dəniz kənarında yerləşən oteldə qalan yüzlərlə insan təxliyə edilib.

Səlahiyyətlilər helikopterdə pilotdan başqa heç kimin olmadığını bildirərkən, xəstəxanaya yerləşdirilən 80 yaşlarında bir kişi və 70 yaşlarında bir qadın otel müştərisinin vəziyyətinin yaxşı olduğu ifadə edildi.

Aviasiya səlahiyyətliləri qəzanın səbəblərini araşdırarkən, helikopteri icarəyə götürən şirkət uçuşun “icazəsiz” olduğunu bildirib.

Oteldə qalan şahid Amanda Kay vertolyotun yağışlı havada işıqları olmadan çox aşağıdan uçduğunu söyləyib.