Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyev bildirib ki, təhsilin keyfiyyətində hər hansı bir dəyişikliyin olmadığı bir halda təhsil haqlarının artırılmasının əleyhinəyəm.
Etibar Əliyev qeyd edib ki, təhsil haqlarının artırılması ali məktəb müəllimlərinin özlərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına deyil, universitetin maddi, texniki bazasının yaxşılaşdırılmasına xidmət etməlidir:
“Mən Hamlet İsaxanlının fikrinə deyil, ümumi şəkildə münasibət bildirmək istəyirəm. Bütün dünyada təhsil haqları təhsilin keyfiyyətinə görə yüksəldilir. Təhsilin keyfiyyətinin də kifayət qədər şərtləri var.
Məsələn, professor və müəllim heyətinin tərkibi, kampuslar, laboratoriyalar, məzunların gələcəkdə özlərinə iş tapmaları, yataqxana şəraiti, tələbələrin elmi təqdiqatlara cəlb olunması, zəngin kitabxanalar, professor-məllimin heyitinin tərkibi və s. bunlar yetərli səviyyədə olanda təhsil haqları yüksəldilir. Ancaq indiki şəraitdə düşünürəm ki, Azərbaycan da təhsil haqları endirilməlidir. Çünki mövcud vəziyyətdə təhsilin keyfiyyətində çox ciddi problemlər var. Təhsil haqlarının artırılması sui-istifadədir. Tələbədən alınan gəlir təhsilin keyfiyyətində irəliləyişlərin olmasına yönləndirilməlidir.
Əgər Hamlet İsaxanlı belə bir fikir bildiribsə, onda onun rəhbərlik etdiyi universitetdə müəllim tərkibinin hansı hissəsi həmin ali məktəbdə ştatda oturur, professor-müəllim heyəti tam olaraq formalaşdırılıb və s. bu məsələni qeyd etməlidir. Təxminən o ali məktəbdə 70%-ə yaxın müəllimlər ali məktəbin tam ştatda olan müəllimləri deyil və onların konkret olaraq kafedralarda tam ştatda tədris yükü yoxdur. Universitetlərin nüfuzlu professor-müəllim heyəti çox mühüm əhəmiyyət kəsb edir. Konkret olaraq açıqlanmalıdır ki, hazırda perspektivdə olan ixtisaslar üzrə professor-müəllim heyətinin tərkibi kimlərdir və o şəxslərin elmi tədqiqatları, açıq dərsləri, elektron məkandakı açıq mühazirələrinin vəziyyəti hansı səviyyədədir.
Digər tərəfdən universitetlərdəki mövcud laboratoriyaların vəziyyəti, müəllimlərin apardıqları elmi tədqiqatların nəticələri üçün də müəyyən irəliləyişlər olmalıdır. Biz bu gün köhnə ənənələrlə ali təhsil sistemini bu şəkildə saxlamaqda maraqlı olmamalıyıq. Dünya dördüncü sənaye inqilabında yaşayır. Bütün fənlərin məzmununda, bütün proqramlarda çox ciddi dəyişikliklər baş verir. Çox təəssüflər olsun ki, bizim ali məktəb rəhbərlərinin böyük kəsiminin bundan xəbəri yoxdur. Mövcud qaydalara uyğun olaraq tələbə müəyyən balı toplayıb ali məktəbə qəbul olubsa, universitet də öz missiyasını yerinə yetirməlidir. Birincisi tələbələrə zəruri bilikləri verməli, ikincisi tələbələr elmi tədqiqatlara cəlb edilməli və üçüncü onlara universitet mədəniyyəti nəql etməlidir. İndiki əmək haqqı şəraitində abituriyentlərin böyük kəsimi repitetorların hesabına ali məktəbə daxil olurlar. Burda da valideynlər böyük vəsait xərcləyirlər. Ona görə də universitetlərdə təhsil haqqının artrılmasının qəti əleyhinəyəm. Eyni zamanda, universitetlər tələbələrə qayğı göstərməli, yaxşı nəticəsi olan tələbələri təhsil haqqından azad etməlidir. Həmçinin, onların işlə təminatında da universitetlər maraqlı olmalıdır.
Çox ciddi məsələni qeyd edim. Universitetlər əgər özlərini inkişaf etmiş və ya orta inkişaf etmiş universitetlər kimi qəbul edirlərsə, onda nə üçün tələbə gəlirlərinə möhtac qalırlar? Nə üçün universitetin özünün gəlirləri tələbə gəlirlərindən yüksək olmamalıdır? Dünyanın aparıcı univrsitetlərinin əksəriyyəti heç də tələbə gəlirlərinə göz tikmir. Universitet kampuslar, elmi tədqiqatlar, kəşflər, startaplar hesabına özü vəsait qazanır. Nə vaxta qədər bizim ali məktəblər özlərinin mövcudluğunu tələbə gəlirlərinin üzərində quracaqlar? Hətta dünyanın aparıcı universitetləri var ki, onların büdcəsi təxminən Azərbaycanın dövlət büdcəsindən çoxdur və bunu tələbə gəlirləri hesabına etməyiblər. Bunu universitetin öz daxili gəlirləri, fəaliyyəti hesabına ediblər. Onların tələbələrinin sayı Bakı Dövlət Universitetinin tələbələrinin sayı qədərdir. Universitetlər nə qədər tələbə gəlirindən asılı olacaq, bu gəlirin də böyük hissəsi rektorların şəxsi məqsədi üçün istifadə olunacaq"
Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Источники
-
modern.azPeşə məktəblərində də təhsil haqqı artırılıb? - AÇIQLAMA ( 9529709)
-
operativmedia.azUniversitetlərdə illik təhsil haqqı ildən-ilə niyə artır? ( 9512975)
-
demokrat.az“Təhsil haqlarının artırılması sui-istifadədir” — Deputatdan etiraz ( 9500036)
-
cebheinfo.azAzərbaycanda bahalı diplom: Təhsil pula adekvatdır? ( 9479647)
-
publika.azAzərbaycanda keyfiyyətli təhsil yoxdur: Bəs təhsil haqqını niyə artırırlar? ( 9422432)
-
bizimyol.info"Təhsil haqqını artırmaqla xarici universitetlərdən nümunə göstərirlər, ancaq eyni keyfiyyətli təhsili vermirlər" ( 9283405)
-
demokrat.az"Təhsil haqlarını tənzimləyən bir qurum yaradılmalıdır" — AÇIQLAMA ( 9276994)
-
referans.azAzərbaycan universitetləri təhsil haqqını ARTIRIR - "Bu məbləğin yarısına Avropanın nüfuzlu universitetlərində təhsil almaq mümkündür" ( 9268132)
-
news24.azTəhsil haqlarının artırılması plan yerlərinə necə təsir edəcək? ( 9239680)
-
moderator.azTəhsil haqlarının artırılması plan yerlərinə necə təsir edəcək? ( 9231865)