AZ

Azərbaycanda keyfiyyətli təhsil yoxdur: Bəs təhsil haqqını niyə artırırlar?

Ali məktəblərin illik təhsil haqqının artırılması ilə bağlı qərarları birmənalı olmayan fikirlərə yol açıb. Bəzi ali məktəblər müəyyən ixtisaslar üzrə qiymət artımını qismən həyata keçirmək istəyirsə, bəzilərində illik təhsil ödənişi bütün ixtisaslar üzrə qaldırılıb. Bu da tələbələr, onların valideynləri tərəfindən narazılıqla qarşılanıb.

Sual yaranır: ali təhsilin qiymətini hansı amillər müəyyənləşdirir? Ali məktəbləri qiymət artımına sövq edən təhsilin keyfiyyətinin, yoxsa universitetin daxili xərclərinin artmasıdır?

Ekspertlərin məsələyə yanaşması fərqlidir. Digər tərəfdən, təhsil haqqının qalxması tələbələri və valideynləri, xüsusən də maddi imkanları məhdud olanları narahat etməyə bilməz.

Elm və Təhsil Nazirliyindən “qiymət artımı universitetlərin daxili işidir” - deyə bildirdilər.

Təəccüblü deyil...

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı hesab edir ki, ali məktəblərdə təhsil haqqı artımı müntəzəm baş verir və davam edəcək: “Bu, heç də təhsilin keyfiyyəti ilə bağlı deyil. Sadəcə, təhsilverənlər görəndə ki, təhsil haqqını bir az daha artıq almaq mümkündür və alanda imkanları daha da böyüyür, o zaman bu addımı atırlar. Bu baxımdan, burada təəccüblü heç nə yoxdur. Bu, valideynlə müqavilə bağlananda da qeyd edilir. Adətən, müqavilə bir illik olur və universitetlərin növbəti tədris ilində buna yenidən baxmağa ixtiyarları var. Təhsil haqqı zaman-zaman artacaq. Çünki dünyada təhsil haqları çox yüksəkdir. Avropada, İngiltərədə, Amerikada təhsil haqlarına nəzər salsanız, rəqəmin 20-40 min arası dəyişdiyini görərsiniz. Onlarla müqayisədə bizdə təhsil haqları çox aşağıdır. Təbii ki, bu, bazara görə tənzimlənir. O ali məktəblərdə dünyanın hər yerindən oxumaq istəyənlər çox olduğuna görə onlar yüksək təhsil haqqı müyyənləşdirirlər”.

Biz itiririk...

İqtisadçı ekspert Rəşad Həsənov təhsil haqlarının artmasını bütün sahələrdə qiymətlərin artmasının davamı kimi qiymətləndirir: “Amma problem ondan ibarətdir ki, bizim kifayət qədər kadr çatışmazlığımız var. Bizim ölkə resurs ölkəsidir. “Belə bir ölkədə ali təhsil nə üçün pulludur?” sualı ortaya çıxır. Resursun istismarından toplanan vəsaitin bir qismi ali təhsilin ödənişsiz olmasına yönəldilməlidir. Məsələn, Almaniyada insanların təhsilə vəsait ayırmaq imkanları da genişdir. Amma onlarda ali təhsil haqqı yoxdur. Bizdə də diqqət hökumətin bu istiqamətdə mövqeyinin təkmilləşməsinə yönəldilməlidir. Əgər universitetə “özünü maliyyələşdirməlisən” deyilirsə, ali məktəb də müəyyən bir reytinq toplamaq üçün məcburdur ki, xaricdə təhsil alan insanları işə götürsün, digər resursları təkmilləşdirsin və s. Belə olduğu təqdirdə universitet məcburdur ki, xərcləri vətəndaşın üzərinə yükləsin. Lap universitet qiyməti artırmasa da, biz illərdir görürük ki, nə qədər vətəndaş qəbul aldığı universitetdə təhsil haqqını ödəyə bilmir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
36
publika.az

10Mənbələr