AZ

Universitetlərdə illik təhsil haqqı ildən-ilə niyə artır? 

Yeni tədris ilində 30 mindən çox abituriyentin ödənişli əsaslarla təhsil alacağı gözlənilir Ötən illə müqayisədə 2024/2025-ci tədris ilində plan yerlərinin sayı 5% artırılıb.


Yeni tədris ilində 60 minə yaxın abituriyentin tələbə adını qazanacağı gözlənilir. Bunun 28 minə yaxını dövlət sifarişli olacaq. Beləliklə, yeni tədris ilində 30 mindən çox abituriyentin ödənişli əsaslarla təhsil alacağı gözlənilir. Universitetlərlə maraqlanan bəzi abituriyentlər illik təhsil haqlarının artırıldığını deyirlər.

İldən-ilə artan təhsil haqlarının səbəbi nə ilə bağlıdır?


Məsələ ilə bağlı “Operativ Media”ya açıqlama verən, iqtisadçı Rəşad Həsənov bildirib ki, universitetlərin ödənişli əsaslarla təşil edilməsinin  kütləvi şəkildə, yəni 60-70 faiz təşkil etməsi arzuolunan deyil.

“2022-2023-cü illərdə kəskin inflyasiya baş verdi. Qiymətlər artdı. Qiymətlərin artması öz növbəsində  əmək haqqı fondunun artırılması zərurəti yaradır. Bu isə publik hüquqi şəxslər olan universitetlərin də təhsil haqlarını artmasına səbəboldu. Bazar iqtisadiyyatı münasibətlərində bu, başa düşüləndir. Təhsilin qiyməti cəmiyyətimizdə mühün yer tutur. Təhsilin inkişaf kapitalı yaratdığını nəzərə alsaq, hazırda bu qiymətlər üçün əhalinin alıcılıq gücü nə qədər adekvatdır?

Bəzi Avropa ölkələrində ali təhsil ümumiyyətlə ödənişsizdir. Universitetlərin ödənişli əsaslarla təşil edilməsinin kütləvi şəkildə, yəni 60-70 faiz təşkil etməsi arzuolunan deyil. Hökumət bütün resuslarını bu məqsədə yönəltməlidir. Bu istiqamətətdə büdcə yaradılmalıdır. Büdcə əsasında universitetlərin göstərdiyi təhsilin keyfiyətinə, reytinqlərinə, ixtisaslarına və cəlb etdiyi mütəxəssizlərə uyğun qiymət mexanizmi formalaşmalıdır. Tələbələr yalnız bilik və bacarıqların hesabına, ədalətli qiymətləndirmə ilə fərqləndirilməsi daha arzuolunandır. Sosial mediada şahid oluruq ki, universitetə qəbul oolan, amma ödənişi ödəməyə bilmədiyi üçün təhsil almaqdan imtina edən abituriyentlər olur”.

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Vüsal Kərimov bildirib ki, təhsil haqqının artımı qaçılmaz idi:

Bu il qiymətlərdə müəyyən məbləqdə artımlar baş verəcək. Bunu bəzi universitetlər qeyd edib. Hər il təhsil haqqının artması doğrudur. Universitetlər xaricdən mütəxəssizlər cəlb edir, ikili diplomlar həyata keçirir, xarici kitablar alır. Bu xərcləri nəzərə alsaq, təhsil haqqının artımı qaçılmaz idi. Bunu anlamaq lazımdır.  Bugünki təhsil haqqı təhsilinin keyfiyyətinə təsir edir. Universitetlər özünü maliyyələşdirən müəssisələrdir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
36
operativmedia.az

10Mənbələr