Hazırda Ukraynanın ən çox ehtiyacı olan Rusiya ilə münaqişəni həll etməkdir.
Publika.az xəbər verir ki, bunu prezident Vladimir Zelenski "Telegram" kanalında yazıb.
Qeyd edək ki, bir gün əvvəl Zelenski Britaniya televiziyasına verdiyi müsahibədə Moskva ilə danışıqlara əvvəllər qoyulmuş qadağaya baxmayaraq, Rusiya prezidenti Vladimir Putin olsa belə, Ukrayna münaqişəsinə son qoymaq üçün Rusiya nümayəndələri ilə danışıqlar aparmağa imkan verdiyini söyləmişdi.
Xatırladaq ki, Putin iyun ayında Ukrayna münaqişəsinin həlli üçün yeni sülh təklifləri ilə çıxış edib.