AZ

Zelenski: Tramp mənə dedi ki, o, istənilən...

Zelenski:

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nın keçmiş prezidenti və hazırda Ağ evin rəhbəri vəzifəsinə namizəd Donald Trampı Kiyevə səfərə dəvət edib.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna lideri Zelenski bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı Trampı Kiyevə səfərə dəvət edib və ona deyib ki, Ukrayna haqqında nəsə bilmək istəsə, gəlib öz gözləri ilə görə və ya şəxsən soruşa bilər.

“Biz onun komandası ilə danışdıq, cənab Tramp mənə dedi ki, o, istənilən suala hazırdır. Məndə onun telefon nömrəsi var”, - Ukrayna prezidenti əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Tramp bildirmişdi ki, Zelenskiyə müharibənin dayandırılmasını təklif edib. Tramp qeyd etmişdi ki, Rusiya hərbi maşındır, onlar Hitlerə və Napolyona qalib gəliblər.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
reyting.az

10Mənbələr