AZ

Zelenski: "Biz sülh fəaliyyət planı hazırlayacağıq"

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya ölkəsinin ərazisinə hücumlarını davam etdirərsə, atəşkəs çağırışlarına cavab verə bilməyəcək və Ukrayna olaraq noyabrın sonuna kimi sülh üçün fəaliyyət planı hazırlayacaqlar.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Zelenski Yaponiyanın ictimai yayımı NHK televiziyasına müsahibəsində ölkəsində davam edən müharibə ilə bağlı hadisələri dəyərləndirib.

NHK-nın məlumatına görə, Zelenski müharibənin ədalətli sona çatması üçün Ukraynaya dəstəyin və Rusiyaya təzyiqin davam etməli olduğunu vurğulayıb və deyib:

"Səbr, dəstək (Ukraynaya) və diplomatik təzyiq (Rusiya) müharibənin ədalətli başa çatması üçün üç amildir. ABŞ və Avropa ölkələri birliyi qoruyub saxlasa, bu, əlavə təzyiq yaradacaq və Moskvaya göstərəcək ki, heç bir şans."

Müharibənin danışıqlar yolu ilə bitməsi məsələsinə toxunan Zelenski Rusiyanın Ukrayna ərazisinə hücumlarını davam etdirəcəyi təqdirdə atəşkəs çağırışlarına cavab verə bilməyəcəklərini bildirib.

Zelenski Ukraynanın ərazi bütövlüyü ilə bağlı müxtəlif ölkələrlə ətraflı danışıqlara başlayacağını bildirib və noyabrın sonuna kimi sülh üçün fəaliyyət planı hazırlayacağını vurğulayıb.

Zelenski ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla telefon danışığında Ukraynada davam edən müharibəni müzakirə etdiklərini xatırladıb və deyib: “Cənab Tramp Ukrayna haqqında nəsə öyrənmək istəsə, özü gəlib baxa və ya məndən soruşa bilər."

G7 üzvü Yaponiyanın ölkəsinə dəstəyinin əhəmiyyətini vurğulayan Zelenski, “Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzalayan ilk NATO üzvü olmayan ölkə oldu” dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
turkustan.az

10Mənbələr