AZ

Zelenski və komandası Trampın 3 yaxınını öz tərəfinə çəkməyə çalışır - "Politico"

Ukrayna prezidenti Volodimir Zelenski və komandası ABŞ prezidentliyinə namizəd Donald Trampa yaxın olan üç nəfərin dəstəyini əldə etmək üçün çalışır.

Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər verir.

Qeyd olunur ki, Zelenski və onu müşayiət edənlər "Ukraynanın müttəfiqlərini Trampın orbitində görürlər”. Söhbət Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Robert O'Brayen, dövlət katibi Mayk Pompeo və Arkanzas senatoru Tom Kottondan gedir.

Nəşr qeyd edib ki, Trampın ikinci administrasiyasında milli təhlükəsizlik mövqeləri ilə bağlı müzakirələrdə hər üçünün adı çəkilir.

Mayk Pompeo "The Wall Street Journal”da David Urbanın Ukraynaya, o cümlədən NATO üzvlüyünə dəstək üçün iddialı planını əks etdirən məqaləsinin həmmüəllifi olub. Hətta neokonservatorlar belə bu planı bəyənir.

"Politico” yazır ki, heç kim Trampın seçkidə qalib gələcəyi təqdirdə nə edə biləcəyini dəqiq bilmir.

"Onun dünya səhnəsindəki onilliyinin konstantaları bunlardır: gözlənilməzlik, beynəlxalq məsələlərə prinsipial deyil, tranzaksiya yanaşması və siyasətin fərdiləşdirilməsinə meyil”, - materialda deyilir.

Nəşrin fikrincə, Respublikaçıların qələbəsi heç də Ukraynanın "məhkum” olması və Rusiya prezidenti Vladimir Putinin "xilas olunduğu” demək deyil.

Xatırladaq ki, iyulun 20-də Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub və onlar ədalətli sülhə doğru addımları müzakirə etmək üçün şəxsən görüşməyə razılaşıblar.

Söhbət zamanı Tramp Ukrayna prezidentini seçkilərdəki qələbəsinin Rusiya üçün faydalı ola biləcəyinə dair saxta xəbərlərə inanmamağa çağırıb.

Nizami Bağırov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
qaynarinfo.az

10Mənbələr