Bakı. Trend:
Azad olunan ərazilərdə iyulun 22-28-də 31 tank əleyhinə mina, 66piyada əleyhinə mina, 898 partlamamış hərbi sursat (PHS) aşkarlanıbvə zərərsizləşdirilib.
Trend-in xəbərinə görə, bu barədə Azərbaycan MinatəmizləməAgentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilənhumanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlikməlumatında deyilir.
Məlumata əsasən, 885 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, MüdafiəNazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət SərhədXidməti (DSX) həyata keçirib.