AZ

Azad edilmiş ərazilərdə ötən həftə 367 mina ZƏRƏRSİZLƏŞDİRİLİB

Azad olunan ərazilərdə 29 iyul - 4 avqust tarixlərində 87 tank əleyhinə mina, 280 piyada əleyhinə mina, 8086 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Gundem.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2790 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
49
gundem.az

10Mənbələr