AZ

Ötən həftə daha 152 mina ZƏRƏRSİZLƏŞDİRİLDİ

Azad olunan ərazilərdə avqustun 12-18-də 31 tank əleyhinə mina, 121 piyada əleyhinə mina, 6954 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. 

Bildirilib ki, 1048.7 hektar ərazi minalardan təmizlənib. 

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
49
bizim.media

10Mənbələr