AZ

Ötən həftə azad edilmiş ərazilərdə 367 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə 29 iyul - 4 avqust tarixlərində 87 tank əleyhinə mina, 280 piyada əleyhinə mina, 8 086 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, 2 790 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
49
oxu.az

10Mənbələr