Bakı. Trend:
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərəgörə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasənyağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağışyağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° olacaq. Atmosfertəzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubətgecə 70-80%, gündüz 45-55% olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuzkeçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrləyağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdəleysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyiəsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 31-36°, dağlarda gecə14-18°, gündüz 18-23° olacaq.