AZ

Sabah Bakıda 35 dərəcə isti olacaq

Bakı. Trend:

İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gününbirinci yarısında bəzi yerlərdə arabir yağış yağacağıgözlənilir.

Səhər yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi,şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 30-35° olacaq. Atmosfertəzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubətgecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyirayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyiehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərqküləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 31-36°, dağlarda gecə12-17°, gündüz 18-23° olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
7
az.trend.az

10Mənbələr