AZ

Sabah güclü külək əsəcək

Bakı. Trend:

Avqustun 1-də Azərbaycanda müşahidə ediləcək hava proqnozuaçıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin iyulun 31-dən avqustun 01-nə keçən gecə bəzi şəhərətrafıərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzolunacaq.

Havanın temperaturu gecə 21-26°, gündüz 27-32° olacaq. Atmosfertəzyiqi 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%,gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdəqısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 30-35°, dağlarda gecə10-15°, gündüz 17-22° olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
10
az.trend.az

10Mənbələr