AZ

Sabah 36 dərəcə isti olacaq, qısamüddətli yağış yağacaq

Bakı. Trend:

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərəgörə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitininyağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağışyağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° olacaq. Atmosfertəzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubətgecə 70-80%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyirayonlarda leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğruəksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəziyerlərdə duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyiərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 30-35°, dağlarda gecə14-18°, gündüz 18-23° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
2
az.trend.az

10Mənbələr