RU

Çin və Rusiya donanmaları birgə dəniz təlimlərinə başlayıb

Rusiya və Çinin təşəbbüsü ilə keçirilən birgə dəniz təlimi Çinin keçən həftə NATO üzvü ölkələrlə yaşadığı son gərginlikdən sonra baş tutub.

Ednews euronews-a istinadən xəbər verir ki, Çin Müdafiə Nazirliyindən verilən açıqlamada Çinin Quandun əyaləti sahillərində başlayan təlimə qatılan Rusiya və Çin gəmilərinin Sakit Okeanın qərb və şimal sahillərində patrul xidməti həyata keçirdiyi açıqlanıb.

Açıqlamada təlimin beynəlxalq və regional vəziyyətlərlə heç bir əlaqəsinin olmadığı və üçüncü ölkəni hədəf almadığı vurğulanıb.

Bildirilib ki, təlim iki ölkənin hərbi dəniz qüvvələrinin təhlükəsizlik və raket təhdidlərinə qarşı dəniz hücumu və hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə həyata keçirilib.

Vaşinqtonda keçirilən sammitdə 32 NATO üzvü tərəfindən bəyənilən sərt ifadəli yekun bəyannamədə Çinin NATO alyansının mərkəz nöqtəsinə çevrildiyi açıq şəkildə göstərildi.

Xəyal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
91
4
ednews.net

10Источники