AZ

Rusiya və Çin birgə dəniz təlimlərinə başlayıb

Cənubi Çin dənizində Rusiya-Çin birgə “Dəniz Əməkdaşlığı 2024” hərbi dəniz təlimləri başlayıb.

Editor.az bu barədə “İzvestiya” qəzetinə istinadla məlumat yayıb. Rusiya və Çin gəmiləri təlimin aktiv fazasının tapşırıqlarını yerinə yetirmək üçün Zhanjiang limanını tərk edərək Cənubi Çin dənizinə daxil olublar. Çin dəniz aviasiyasının iştirak edəcəyi manevrlər zamanı potensial düşmənə məxsus gəmi və sualtı qayıqların kəşfiyyatı və axtarışı aparılacaq.

Daha sonra Rusiya Federasiyası və Çinin gəmiləri müxtəlif növ aşkar edilmiş hədəflərə raket, artilleriya və reaktiv bombalı hücumlar həyata keçirəcək. Gəmilərin açıq dənizlərdə hava hücumundan müdafiə və təxribatdan qorunması üçün də tədbirlər görüləcək. Rusiya tərəfində Sakit Okean Donanmasının korvetləri Qromki və Rezvıy “Maritime Engagement 2024” təlimində iştirak edir.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
9
editor.az

10Mənbələr