AZ

Çin və Rusiya hərbi təlimi davam etdirir

Çin və Rusiya donanmaları Çinin cənub sahillərində birgə təlimləri davam etdirir. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi açıqlama yayıb.

Çinin Quandun əyaləti sahillərində başlayan təlimə qatılan Rusiya və Çin gəmilərinin Sakit Okeanın qərb və şimal sahillərində patrul xidməti həyata keçirdiyi açıqlanıb.

Açıqlamada təlimin beynəlxalq və regional vəziyyətlərlə heç bir əlaqəsinin olmadığı və üçüncü ölkəni hədəf almadığı vurğulanıb. Bildirilib ki, təlim iki ölkənin hərbi dəniz qüvvələrinin təhlükəsizlik və raket təhdidlərinə qarşı dəniz hücumu və hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə həyata keçirilib.

Qeyd edək ki, birgə təlim Çinin ötən həftə NATO üzv ölkələri ilə son gərginliyindən sonra keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
4
operativmm.az

10Mənbələr