Çin və Rusiya donanmaları bazar günü Çinin cənub sahillərində birgə təlimlərə başlayıb.

İndex.az xəbər verir ki, Çin Müdafiə Nazirliyindən verilən açıqlamada Çinin Quandun əyaləti sahillərində başlayan təlimə qatılan Rusiya və Çin gəmilərinin Sakit Okeanın qərb və şimal sahillərində patrul xidməti həyata keçirdiyi açıqlanıb.

Açıqlamada təlimin beynəlxalq və regional vəziyyətlərlə heç bir əlaqəsinin olmadığı və üçüncü ölkəni hədəf almadığı vurğulanıb.

Bildirilib ki, təlim iki ölkənin hərbi dəniz qüvvələrinin təhlükəsizlik və raket təhdidlərinə qarşı dəniz hücumu və hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə həyata keçirilib.

Qeyd edək ki, birgə təlim Çinin keçən həftə NATO üzv ölkələri ilə son gərginliyindən sonra keçirilib.